Saakaşvili Ukraynada alternativ hökumət elan edəcək

saakashvili1Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.Virtulaz.org bildirir ki, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən yürüşdə bəyan edib.

M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq, Ukraynada ölkəni idarə etməyə layiq insanlar çoxdur.

Xatırladaq ki, Mixail Saakaşvilinin rəhbərlik etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyasının tərəfdarları Kiyevin mərkəzində ölkə başçısı Pyotr Poroşenkonun impiçment prosesinin başladılması üçün yürüş keçiriblər.

Yürüşdə bir neçə min insanın iştirak etdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar