Menu

Bakıda şadlıq evinə basqın

08.07.2014, 11:35
Bakıda şadlıq evinə basqın

Şadlıq sarayından 6 min manat aparıblar

Ötən gecə Binəqədi şossesində yerləşən şadlıq saraylarının biri qarət olunub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, obyektin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəxs tutulub.

Belə ki, saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulublar.

Onlardan oğurladıqları pulun 1500 manat maddi sübut kimi götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol