Menu

"Azərenerji" və "Azərişıq" birgə məlumat yayıb

05.02.2018, 19:44
"Azərenerji" və "Azərişıq" birgə məlumat yayıb

"Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də "Saray 3" və "Saray 5" xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.

Bu barədə "Azərenerji" və "Azərişıq" ASC-lərdən verilən birgə məlumatda qeyd edilib.

Məlumata görə, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: "Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir".

Hər iki qurum yaranmış narahatlığa görə istehlakçılarından üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol