Menu

«ABŞ-ın Suriyada hərbi iştirakı kimə qarşı yönəlib?» - Ərdoğan şərh edir...

07.02.2018, 00:03
«ABŞ-ın Suriyada hərbi iştirakı kimə qarşı yönəlib?» - Ərdoğan şərh edir...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, «İslam dövləti» qruplaşmasının darmadağın edilməsindən sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada hərbi iştirakı Türkiyə, Rusiya və İrana qarşı yönəlib.

«Bizdən soruşurlar ki, Suriyadakı əməliyyatı nə vaxt qurtaracağıq? Bəs, siz (ABŞ - red.) artıq Əfqanıstandan, İraqdan getmisinizmi? Deyirsiniz ki, «İD» artıq yoxdur. O zaman Siz buralarda nə üçün qalmısınız? Deməli, sizin Türkiyəyə, İrana, mümkündür ki, Rusiyaya qarşı da hesabınız var. Ancaq biz, möhkəm dayanacağıq. Nə qədər ki, terrorçuluq bizim təhlükəsizliyimizi təhdid edir, biz qəti hərəkət etmək niyyətindəyik» - deyə, Ərdoğan öz partiyasının parlament fraksiyası deputatları qaşısındakı çıxışında deyib.

Türkiyə Prezidenti ABŞ-ı Mənbicdən öz hərbçilərini çıxarmaq barədə verdiyi vədini yerinə yetirməməkdə günahlandırıb. Bu ərazi hazırda kürd qruplaşmalarının nəzarəti altındadır.

«Onlar (ABŞ-red.) Mənbicdən gedəcəklərini dedilər. İndi buyurun, gedin. Amma bunun əvəzində siz, oraya YPG terrorçularını (kürd «özünümüdafiə» qüvvələri) gətirdiniz. Biz, oraya gələcəyik - o torpaqları əsl saiblərinə qaytarmaq üçün gələcəyik» - deyə, Ərdoğan əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol