Menu

Həmsədrlər Ermənistanda səfərdədir

08.02.2018, 18:55
Həmsədrlər Ermənistanda səfərdədir

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir.

APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Daha sonra onlar Dağlıq Qarabağa səfər edəcəklər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində fevralın 6- 7-də Bakıda olublar. Amerikalı həmsədr Endryu Şofer Bakıya fevralın 3-dən gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol