Menu

Türkiyə SQ Baş Qərargah rəisinin istefa xəbəri yayıldı

08.07.2014, 16:36
Türkiyə SQ Baş Qərargah rəisinin istefa xəbəri yayıldı

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl avqustun 30-da istefaya gedəcək.

"Trend"-in Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi xəbərə görə, istefaya səbəb kimi N.Özəlin səhhətində yaranan problemlər göstərilir. Baş Qərargah bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, N.Özəl bu vəzifəyə 2011-ci il avqustun 4-də təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol