PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya ötən yayda “Barselona”ya keçə bilərmiş.
Qol.az-ın xəbərinə görə, bu barədə “Diario Sports” nəşrinə açıqlamasında argentinalı futbolçu özü məlumat verib. Transferin son anda baş tutmadığını söyləyən Di Mariya bunun səbəbini açıqlamayıb:
"Həqiqətən də mövsümün əvvəlində “Barselona”ya keçməyə yaxın idim. Amma on anda transfer alınmadı”.
“Barselona”nın lideri Lionel Messi haqda da danışan Di Mariya onu bütün zamanların ən yaxşısı adlandırıb: “Messi? O, hər il üçün ən yaxşıdır. Bu, birmənalıdır. Ronaldo xüsusi futbolçudur. Amma Messi başqa planetdəndir”.


Şərhlər