Menu

Qazaxda ağır yol qəzası baş verib

10.02.2018, 21:30

Qezada-sinmish-padpres-180912Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qazax rayonunun Birinci Şıxlı kənd ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül, "Mercedes" markalı avtomobilin sərnişini, 35 yaşlı Sevil Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. (report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol