Menu

Avstraliyada 130 mindən çox ev elektrik enerjisiz qalıb

11.02.2018, 23:09
Avstraliyada 130 mindən çox ev elektrik enerjisiz qalıb

Fevralın 11-də Avstraliyanın Kvinslend ştatında pis hava şəraitinə görə 130 mindən çox ev elektrik enerjisiz qalıb.Yerli KİV-lər xəbər verir ki, şimşək çaxması ilə müşahidə edilən leysan yağış və güclü külək Kvinslendin cənub-şərq hissəsinə, xüsusən ştatın mərkəzi Brisben və qonşu Loqan şəhərlərinə ciddi ziyan vurub.

“Energex” şirkətinin nümayəndəsi bildirib ki, qasırğa davam etdiyinə görə hələlik elektrik şəbəkəsinin təmirinə başlanmayıb.

Şimşək vurması nəticəsində bir nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdiyi də bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol