Menu

Cənubi Afrika Respublikasının prezidenti istefa verib

15.02.2018, 10:10
Cənubi Afrika Respublikasının prezidenti istefa verib

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib.

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

Şərhlər

Mühəndis 2018-02-15 10:10:03

Halal olsun....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol