Menu

«Beş müharibə olacaq, Türkiyə üçünü udub, ikisini uduzacaq...» - Ərdoğan xəbərdarlıq edib

15.02.2018, 15:09
«Beş müharibə olacaq, Türkiyə üçünü udub, ikisini uduzacaq...»  - Ərdoğan xəbərdarlıq edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, gərək xarici şirkətlər Kipr şelfində geoloji-kəşfiyyat işləri aprarakən, adanın türk icması ilə razılaşmaya nail olmadan «səhv» addım atmasınlar.

Türkiyə əvvəllər də türk icmasının maraqları nəzərə alınmadan, Kipr şelfinin neft-qaz yataqlarında kəşfiyyat işləri aparmağın əleyhinə olub. «Qoy, heç kim fikirləşməsin ki, biz, Kipr sahillərində qaz yataqları axtaran avantüristləri görmürük. Bizim hərbi gəmilərimiz lazımi işləri gürürlər. Mən, Kiprin yunan icmasına inanmış xarici şirkətləri xəbərdar edirəm ki, belə səhv hesablama aparmasınlar və onların oyunlarında alətə çevrilməsminlər» - deyə, Ərdoğan hakim partiyadan olan deputatlar qarşısında çıxışı zamanı bəyan edib.

Verilən məlumata görə, Türkiyə donanmasının gəmiləri ötən cümə günündən başlayaraq, «Saipem 12000» üzən qazma qurğusunu bloklayıb. Bu qurğu Kiprin istisnasız iqtisadi zonasındakı blokda İtaliyanın ENİ şirkəti üçün qazma işləri aparır. Türkiyə donanması onlara 3 nomrəli bloka daxil olmağa və işə başlamağa icazə vermir.

İtaliyanın «ENİ» neft-qaz şirkəti Fransanın «Total» şirkəti ilə birlikdə 6 saylı sahədə qazma işi aparıblar və «Kalipso 1» yatağında qaz ehtiyatının olduğunu təsdiqləyiblər.

Kiprin yunan hissəsinin prezidenti Nikos Anastasiadis ötən bazar günü bəyan edib ki, «Türkiyə Kiprin istisnasız iqtisadi zonasında (İEZ) «provakasiya»nı davam etdirir. O, qeyd edib ki, Nikosiya Ankaranın beynəlxalq hüququ prizmasına son qoymaq niyyətindədir».

Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl, İsrail yunan Kipri ilə birlikdə həmin şelfdə neft-qaz kəşfiyyatı işlərində başlamaq cəhdi göstərmişdi. O zaman Türkiyənin qətiyyətli davranışı bunun qarşısını almışdı.

Göründüyü kimi, indi həmin cəhd təkrar olunur və bunun üçün «əlverişli» məqam seçilib. Belə ki, provakatorlar Türkiyənin başının Suriyadakı əməliyyata qarışıq olduğu vaxta söykəniblər. Mahiyyətcə bu, Türkiyəyə qarşı «ikinci cəbhə açmaq» cəhdindən başqa bir şey deyil. Həm də burada yarana biləcək münaqişə avtomatik olaraq, Yunanıstanı da özünə cəlb edəcək. Bu barədə hələ 2002-ci ildə «Exo» qəzetində dərc olunmuş «Eniqma layihəsi» adlı məqalədə geniş söhbət açılmışdı: «21-ci əsrin birinci yarısında Türkiyə ilə Yunanıstan arasında 5 dəfə müharibə olacaq. İlk üç müharibəni daha güclü olan Türkiyə udacaq. Amma sonrakı iki müharibədə Yunanıstan qalib gələcək. Belə ki, 3 cinahda - kürdlərlə, ermənilərlə və yunanlarla eyni vaxta döyüşmək məcburiyyətində qalan Türkiyə uduzacaq...»

Həmin vaxtdan indiyə qədərki dövr ərzində Türkiyənin ətrafında cərəyan edən proseslər sözügedən proqnozların doğrulduğunu ortaya qoyur və açıq-aydın göstərir ki, baş verənlər bir mərkəzdən idarə olunur. Bu mərkəzin adı - «Beynəlxalq sionizm»dir...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol