Menu

"Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək" - “S&P”

16.02.2018, 10:59
"Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək" - “S&P”

“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.

“APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33% artıb. “Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.

Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.

Şərhlər

t.ədalət 2018-02-16 10:59:35

İstədiyiniz qədər artırıbsınız.Bundan sonra artım tavana dirənəcək.Allah sizə insaf versin!

x 2018-02-16 10:59:35

Her kese unvanadigim bir sualim var.Belke deyesız Azerbaycan HÖKUMEYİ qazi isigi suyu xaricden manatla yoxsa dollarla alir?Evvelceden tesekkur edirem.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol