Menu

Biləsuvarda çobanı qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

21.02.2018, 00:03
Biləsuvarda çobanı qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apelyasiya Məhkəməsində Biləsuvarda çobanı qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Orucəliyev Hadı Həbib oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayonunun Alar kənd sakini, 28 yaşlı Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Keçirilən istintaq tədbirləri nəticəsində məlum olub ki, Nabil Rəhmanovu Biləsuvar sakinləri, Dilarə Orucəliyeva qardaşı Hadı Orucəliyevlə birgə bıçaqla qətlə yetiriblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəliyev Hadı Həbib oğlu 13 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol