Menu

İLHAM ƏLİYEVİN ƏMİSİ NƏVƏSİ SAXLANILDI! - Riyad Əliyevə 30 sutka həbs verildi! (FOTO)

21.02.2018, 14:02

MTNaziri,İlqar Eliyev,oglu Riyad Eliyev13-1

İş adamı, prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevin oğlu Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub. Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.

Məlumata görə bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.

YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb. Polislərin bütün israrlarına baxmayaraq həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.

Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.

Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Şərhlər

REDAKTOR 2018-02-21 14:02:03

UMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA VƏZİFƏDƏN GEDƏNDƏN VƏ HƏTTA SOVETLƏR BİRLİYİNDƏKİ MOVQEYİNDƏN KƏNARLAŞDİRİLANDAN SONRA AQİL MUƏLLİM OLKƏDƏ DİGƏRLƏRİNDƏN FƏRQLİ OLARAQ COX SƏRBƏST ŞƏKİLDƏ GƏZİB, DOLAŞİB, FƏALİYYƏTİNDƏ OLUB. BU İLLƏRDƏ 04 FURQON QİRMİZİ RƏNGLİ 65 00 JİQULİSİNİ SURURDU VƏ HEC ZAMAN İDDİALİ VƏ YA QƏRƏZLİ GORSƏNMƏZDİ.YAXUD RƏHMƏTLİK HƏSƏN ƏLİYEV. BU İNSANLARİ YAXİNDAN TANİYANLAR HEC VAXT ONLAR BARƏSİNDƏ PİS FİKİR SOYLƏYƏ BİLMƏZ. İNDİ CAVANDİ OLUB DƏ. ALLAH O KİŞİLƏRƏ RƏHMƏT ELƏSİN.

Raqib 2018-02-21 14:02:03

Məhkəmə qərar qəbul etdi.Bu məlum.Bəs bu qərarın icrası necədir?
Kim bu suala doğru cavab verə bilər?

o.b.n 2018-02-21 14:02:03

Bu bir şouya oxşayır, bizdə bu ölkədə yaşayırıq hər şeyi döruruk.

İnam 2018-02-21 14:02:03

Inandırıcı görünmür. ....

Valeh Məmmədova cavab 2018-02-21 14:02:03

Biz Afrikada yaşamırıq....

Fizuli 2018-02-21 14:02:03

Valeh muellim duz deyir.

Valeh Məmmədov 2018-02-21 14:02:03

Hörmətli sayt yazarı siz Rəhmətlik AQİL müəllimin adını nahaq yerə hallandırırsınız. O çox yaxşı insan və dəyərli ziyalı idi .Heç vaxtı da adından sui istifadə etməzdi .Xahiş edirəm ölkədə xalqı narahat edən problemləri qoyub şəxsi intirqalarla məşğul olmayın ən azından öz mənliyinizə hörmət edin əgər o varsa.

veen 2018-02-21 14:02:03

bu teze temadi yada ki anikdot sef yaziblar polis bölmesine 30 sutka veribler

Qanun 2018-02-21 14:02:03

Mezelenirsiz?

GM 2018-02-21 14:02:03

Balıı,hər kəs elədiyinə gorə cavab verəcək..əmioğlu,filan qurtardı.Yolumuz Demokratiya yoludur.deməli hafizin,qudrətin,zahidin də imza kompaniyası qanuni olacaq.

OQTAY 2018-02-21 14:02:03

Nece deyerler,QANUN sahdir,sah qanun deyil!!!

ŞAMAXİLİ QEDEŞ 2018-02-21 14:02:03

NAXARACUX AAA?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol