Menu

Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bildirib

24.02.2018, 23:19
Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bildirib

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, istintaq hərəkətlərinin aparılması üçün Ukraynaya qayıtmağa hazırdır. Virtualaz.org xəbər verir ki, bununla bağlı Saakaşvili özünün “Facebook” səhifəsində yazıb: “Mən bütün istintaq hərəkətlərini keçmək üçün Ukraynaya qayıtmağa hazıram ki, sizin “işinizin” üstünü açım”.

Daha öncə Ukrayna Baş Prokurorluğu Niderland hüquq-mühafizə orqanlarına beynəlxalq hüquqi tapşırıqla müraciət etmişdi ki, Saakaşvilinin səs nümunələri götürülsün.

Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə restoranlardan birində saxlanılıb və Polşaya deportasiya edilib. Buradan o, Niderlanda köçüb. Saakaşviolinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol