Menu

İsrail Fələstinə böyük faciə yaşatdı- 51 ölü

10.07.2014, 01:33
İsrail Fələstinə böyük faciə yaşatdı- 51 ölü

İsrailin Qəzza zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb. APA-nın “Interfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin Ma`an agentliyinə tibb işçiləri bildirib.

Bu arada iyulun 9-da Qəzza zolağından İsrailin Dimona şəhərinə üç raket atılıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağını nəzarətində saxlayan HƏMAS-a qarşı əməliyyatlar davam edəcək.

Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü hücumun başlanması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol