Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Mustafayev Hakim Böyükağa oğlu ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Hadisədən sonra onun idarə etdiyi avtomobil maneəyə çırpılaraq dayanıb.
Meyit Cəlilabad morquna gətirilib.


Şərhlər