Menu

“Fikirlərini təhqirlə ifadə edənlər öz kökünə hörmətsizlik edir” - Sabir Rüstəmxanlı

27.02.2018, 21:27
“Fikirlərini təhqirlə ifadə edənlər öz kökünə hörmətsizlik edir” - Sabir Rüstəmxanlı

"Azərbaycan diasporu vətənindən qaçıb, gedib xaricdə dövlətini, onun atributlarını təhqir edənlərlə ciddi mübarizə aparmalıdır”.

BakuPost-un məlumatına görə, bunu xalq şairi Sabir Rüstəmxanlı Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən növbədənkənar qurultayında bildirib. O deyib ki, Azərbaycandan xaricə gedib müxalif fikirlərini təhqirlə ifadə edənlər öz kökünə hörmətsizlik edir:

"Diaspor işinə diplomatların da dəstək verməsi, diqqət göstərməsi çox vacibdir”.

S. Rüstəmxanlının fikrincə, Niderland parlamentinə "erməni soyqırımı”nın yalançı olduğunu sübüt edən faktlar əsasında müraciət edərək əsl soyqırımın Qarabağda, xüsusən də Xocalıda törədildiyini bildirmək lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol