Menu

“Mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayıram” - Natiq Cəfərli

28.02.2018, 13:05
“Mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayıram” - Natiq Cəfərli

“Mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayıram”.

Bunu “Report”a açıqlamasında Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.

O bildirib ki, prezident seçkiləri öncəsi mitinqlərin keçirilməsi hökumətə arqument verəcək: “Bu mitinqlər sərbəst toplaşmaq hüququnun tam təmin olunduğu görüntüsünü yaradacaq. Yəni, bunun bir çox mənfi cəhətləri var. Bu, mənim şəxsi fikrimdir. Real Hərəkatında qərarlar kollektiv şəkildə verilir. Milli Şuranın birgə mitinqlərin keçirilməsi ilə bağlı təklifini müzakirə edəcəyik. Müzakirələr zamanı məsələnin mənfi və ya müsbət tərəfləri, mövcud təhlükələr müzakirə olunacaq. Real Hərəkatının İdarə Heyətinin qərarı İlqar Məmmədova da göndərilməlidir. O həbsdə olduğu üçün operativ qərar qəbul edə bilmirik”.

N.Cəfərli deyib ki, mitinqlə bağlı Real Hərəkatının qərarı bu həftənin sonuna qədər açıqlanacaq.

Qeyd edək ki, Milli Şura prezident seçkiləri öncəsi mart ayında birgə mitinqlərin keçirilməsi ilə bağlı Müsavat Partiyasına və Real Hərəkatına müraciət edib. Müsavat Partiyasının başqanı Arif Hacılı təklifi müsbət qarşıladığını bildirib.

Şərhlər

Bashirov Qarib 2018-02-28 13:05:20

Eger sen liderlerden bele agillisansa, alternativ teklifin necedir? Bele, uzaqgorensense, nevaxtsa I.Memmedovun muxalifetin yegane namizedi olarsa, yaranacaq durumu izah ede bilersenmi?Sen nece siyasetchisense burnunun ucunu gore bilmirsen?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol