XX əsrin 80-ci illərindən başlayaraq Sovet imperiyası süquta hər gün bir az yaxınlaşırdı. Cənubi Qafqazda isə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan torpaq davası 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına gətirib çıxardı.
Ardınca 1990-cı ildə 20 Yanvar hadisələri törədildi. 1991-ci ilin dekabrında Belarusda üç respublikanın - Rusiya Federasiyası, Ukrayna və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə SSRİ süqut etdi və tarixin arxivinə gömüldü.
SSRİ-nin süqutu heç də proseslərin, hadisələrin qovluqda qalmasına səbəb olmayacaqdı.
Müstəqil Azərbaycan xalqı baş verənləri arxivlərdən axtarmaq istəyəcəkdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl Modern.az saytına mövzu barədə danışarkən qeyd edib ki, “KQB” arxivlərinin açılmasında Qərb hərbi-siyasi dairələri çox maraqlıdır.
“1918-ci ildən 1991-ci ilə qədər böyük bir zamanı əhatə edən sənədlərin, məxfi qrif altında olan materialların açılması sovetləşmə, kommunistləşmə hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bizimlə eyni zamanda müstəqillik qazanmış dövlətlərdən bir çoxunda qeyd etdiyiniz arxivlərin açılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, müxtəlif qanunlar qəbul edilib. Ümumən Qərb dövlətləri də maraqlıdır ki, SSRİ-yə daxil olan ölkələr müvafiq addımlar atsınlar, öz keçmişləri ilə üz-üzə dayansınlar”- deyən Z.Oruc bildirib ki, Qərb kommunizm sistemini, bolşevizmi, Qırmızı İmperiyanın bütün pisliklərini öz əlləri ilə ifşa etməyə çalışır.
Onun sözlərinə görə, əslində arxivlərin açılması sıradan bir hadisə deyil.
“Çünki bu, həqiqətən də zaman baxımından bir neçə addan keçmiş və hər birində də çirkli vasitələrlə SSRİ-də təhlükəsizliyin təminatı üçün həyata keçirilən gizli tədbirləri özündə ehtiva edir”.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov isə Modern.az-a açıqlamasında deyib ki, arxivlərdə artıq heç nə yoxdur.
“Arxivlərdə o qədər də maraqlı nəsə yoxdur. Biz Sovetlər Birliyinin tərkib hissəsi idik. Vaxtilə arxivlərdə çox şeylər vardı. Zənnimcə, indi arxivlərdə gizli heç nə yoxdur”.
Eks-prezidentin sözlərinə görə, arxivlərdəki materialların çoxu artıq açılıb.
“Çünki Sovet hakimiyyəti dağılandan sonra dəfələrlə yeni materiallar üzə çıxıb. Hətta, tarixçilər də bu barədə fikirlər səsləndiriblər. Hər bir açıqlamanı, hər bir detalı mətbuat geniş işıqlandırıb. Ona görə də bu məsələlərdə şübhə üçün əsas görmürəm”.

Şərhlər
Ayaz Mütəllibovun ikiüzlü insan olduğunu indi başa düşdüm.O,.....edərək arxiv materiallarının məhv olunmasına şərait yaradıb. Belələri dövlətçilik və xalq üçün ən təhlükəli adamlardırlar. Ar olsun Ayaz Mütəllibova və onun kimilərə.
allah deyir sandan harakat mandan barakat
SURƏT LƏLƏ DEMİŞKƏN O SAAA ELƏ GƏLİR. HƏLƏ ACİLASİ O QƏDƏR SİRLƏR VAR Kİ...SƏNİN XOCALİNİN QƏTLİNDƏ CİNAYƏT İŞİNİN QAPANMASİ, XOCALİDA VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİNİN OHDƏSİNDƏN GƏLMƏK ƏVƏZİNƏ SİYASİ OYUNLARDA İŞTİRAKİ, XALQ CƏHBƏSİ ADİ İLƏ XOCALİYA DOYUŞCULƏRİN GONDƏRİLİB TƏXRİBATLARİ, ANS SABİQ MİLLİ MƏCLİSİN SƏDR MUAVİNİ TAMERLANLA MUSAHİBƏSİ VƏ ERMƏNİLƏRLƏ HANSİ DANİŞİQLARDA MƏRKƏZDƏN İDƏRƏ OLUNMA= YƏNİ İRƏLİ VƏ YA GERİ ADİMLARİN AT. NƏTƏRİDİ QADDAM ALASAN...AYAZ NİYAZOVİC MOSKVA GOZ YAŞLARİNA İNİNMİR AXİ!
Ayaz Mütəlibbov çox düz deyir ki ,hal-hazırda arxivlərdə elə də bir sirr qalmayıb ki,açılmayıb qalsın.Mətbuat axırıncı 20 ildə nə olub,kim nə işlə məşğul oub və hal hazırda nə işlə məşğul olur hər şeyi yazır. Arxivdə bir şey qalıb ki.Ayaz Mütəlibbova can sağlığı arzulayıram. O rəhbəri olduğu nazirlikdə korrupsiya ilə mübarizə aparırdi.Ayaz Mütəlibbov iqtisadiyyatı çox gözəl bilirdi.O vaxtlar 70 nəfərlik korrupsioner dəstəni ifşa edib dağıtmışdı.onun vətəndən uzaqda çox qalmasına çox heyfslənirdik.