«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, cümə günü Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova «Qovorit Moskva» radiosunun efirindən bəyan edib ki, Rusiya, ölkənin müdafiə qabiliyyətini möhkəmləndiməklə yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hərbi toqquşmadan yayınmaq üçün mümkün olan hər şeyi etdi.
«Dünənki çağırış (Putinin Federal Məclisə çağırışı - red.) məhz bu barədə danışır... Bunun baş verməməsi üçün, hər şey edildi» - deyə, Zaxarova, «ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşma mümkündürmü?» - sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, ABŞ-ı danışıqlara dəvət etmək istiqamətində Rusiyanın bütün cəhdləri nəticə verməyib. «Biz, artıq keyfiyyətcə başqa danışıqlara hazırıq. Bu, bizim ölkəmizi təhdid edənlər barədə xahişlər, izahatlar olmayacaq. Bu, tamamilə başqa mövqelərdən danışıq olacaq» - deyə, Zaxarova bəyan edib.


Şərhlər
T.Edalet qardaşa: heç kim nüve silahından istifade etmeyecek.Qaldı hazırkı duruma ABŞ milyardlarla pul xercleyib SSRİ-nin dağılmasına ve bu iş bu gün Rusiya üzerinde davam edir.ABŞ bütün dünya iqtisadiyyatını hem öz valyutasi ile hemde ayırdığı yardımlarla asılı veziyyete saldı.Esasen Rusiya iqtisadiyyatını çökdürdü,indi ise müharibe haqda fikirleşir.Bu fikirleşmeni Tramp heyata keçirmir,siyasi institutlar proqnozlar verir,planlaşma ve s. düşünülmüş ağıllı taktiki gedişler edir.Rusiya ise hele sovet dövründ
Mariya Zaxarovanın deməyindən belə çıxır ki,indi rusiya ABŞ-la "aşıq-aşıq" oynayacaq?Əgər söhbət nüvə silahından gedirsə,ondan ancaq axmaqlar istifadə edirlər.Çünki tərəflər birlikdə məhv olurlar.Yəni,rusiyanın dövlət başçılarının şəxsi ambisiyaları rus xalqının mənafeyindən irəlidir?Dünyaya bəs edəcək qədər sərvətlərə malik olan rusiyanın Yaxın Şərqdə və ermənistanda nə azarı var?