Menu

Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

04.03.2018, 09:25
Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in məlumatında bildirilir.

“Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, - deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: “Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol