Menu

“Rusiya hərbi sənayesi öz müstəqilliyini qoruya bilib”

04.03.2018, 10:46
“Rusiya hərbi sənayesi öz müstəqilliyini qoruya bilib”

Qərb sanksiyaları ən çox Rusiya gəmiqayırma sənayesinə təsir göstərib. Əsasən ona görə ki, avadanlıqlar xaricdən alınır (xüsusən enerji qurğuları) - dizel mühərrikləri Almaniyadan, qaz-turbin mühərrikləri isə Ukraynadan. Tədarük kəsildiyi səbəbindən hərbi gəmilərin inşası ilə əlaqədar olan əksər Rusiya layihələri dayandırılıb. İşlər Çindən dizel mühərriklərinin alınmasından sonra davam etdirilir.

Ukraynanın Rusiyaya qaz-turbin mühərrikləri satmaqdan imtina etməsi bir çoxlarını məyus edib. Çünki iri hərbi gəmilərin tikilməsi, istənilən halda məhz bu səbəbdən dayanıb. Nəyə görə Çindən alınan mühərriklər Rusiya tərəfini tam olaraq razı salmır?

Rusiya onun üçün vacib olan qaz-turbin mühərriklərini Çindən almaq yox, bunu özü istehsal etmək istəyir. Hərbi gəmilər üçün qaz-turbin mühərriklərinin tədqiqat və istehsal bazası sovet dövründə Ukraynada yerləşirdi, ona görə də, Rusiya tədarükü oradan təmin etməli olub. Keçən əsrin 90-cı illərində Rusiya təchizatla bağlı öz sistemini qurmağa və bir neçə mühərrik yaratmağa cəhd göstərib. Amma buna baxmayaraq, Rusiya öz istehsalını qura bilmədi və bir çox avadanlıqıları Ukraynadan idxal etmək məcburiyyətində qaldı.

Tədarük tamamilə kəsildikdən sonra Rusiya bütün gücünü bir yerə toplayıb üç il ərzində “M90ФР”, ”M70ФРУ-2”, ”M70ФУ-Р” mühərrikləri yaradıb. Həmin mühərriklər müvafiq surətdə ”22350” “11356” layihəsindən olan freqatlar və hava yastıqları üzərində dayanan ”Zubr” desant gəmiləri və Rusiyanın digər hərbi gəmilərinə uyğun gəlir.

Hal-hazırda qaz-turbin mühərriklərinin sınağı artıq qurtarıb və yaxın gələcəkdə (Rusiya tərəfi 2018-ci ili nəzərdə tutur) onların istehsalına başlanılacaq. Qısa müddət ərzində Rusiya qaz-turbin mühərriklərinin hazırlanması istiqamətində texniki irəliləyiş əldə edə bilib. Bununla da Rusiya sübut etdi ki, o, mühərriklə bağlı məsələni Çinin köməyi olmadan həll edə bilər və beləkilə də, onun elmi-texniki potensialını qiymətləndirmək lazımdır.

Sözsüz ki, bu cür sıçrayışla irəli getmənin əlverişli şərtləri də var. 2017-ci ildə Rusiya və Çin qaz-turbin qurğularının işlənib hazırlanması, istehsalı və alınması sferası üzrə strateji əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Əslində bu Rusiya tərəfinin Çinlə həyata keçirəcəyi texnologiya mübadiləsi müqaviləsidir. Həmin müqaviləyə əsasən Rusiya hətta detalların bir hissəsini satın alacaq.

“Motorseach” şirkətinin 2017-ci il hesabatına görə, həmçinin Ukrayna da Rusiyaya ixracını qismən bərpa edib. Rusiya (turbopərli və qaz-turbin mühərrikləri də daxil olmaqla) ümumi dəyəri 158 miliyon dollar olan avadanlıq alıb. Bu isə şirkətin ümumi ixracının 36,37%-dir.

Yəqin ki, bəzi insanlar hesab edirlər ki, Rusiya üçün bu sferada istehsalın yoluna qoyulması problem deyil. 2017-ci ildə yerli istehsal olan qaz-turbin qurğusunun sınaqdan keçirilməsi ilə bağlı məlumatlar yayıldı və bu tərəqqiyə əsasən onların kütləvi istehsalına artıq başlamaq olar.

Öz mühərriklərinin hazırlanması və istehsalı istiqamətində inkişafın necə getməyindən asılı olaraq, Rusiya tədricən təhlükəli vəziyyətdən çıxır və yeni hərbi gəmilərin tikintisi onun üçün çətin tapşırıq olmaqdan çıxır. Bu cür uğurlar Qərb üçün özünəməxsus ”sillə”dir və belə vəziyyət göstərir ki, böyük dövlətin qarşısını blokada vasitəsilə almaq mümkün deyil.

(Sina.com-Çin)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol