Dünya Boks Şurasının (WBC) super ağır çəki dərəcəsində dünya çempionu amerikalı Deontey Uaylder Nyu-Yorkda keçirilən qarşılaşmada rəqibi Luis Ortisi məğlub edib.
APA-nın TASS agentliyinə istinadla xəbər verir ki, D. Uaylder 10-cu raundunda texniki nokautla qalib gəlib.
Bu qələbə ilə 32 yaşlı D. Uaylder peşəkar rinqdə məğlubedilməzlik seriyasını qoruyub. Keçirdiyi 40 döyüşün hamısında qələbə qazanan amerikalı boksçu 39 görüşdə nokautla qalib gəlib və yeddinci dəfə titulunu qoruyub. 38 yaşlı L. Ortis isə 28 qələbəlik məğlubedilməzlik seriyasını qoruya bilməyib. Bu görüşün nəticəsində D. Uaylder 2,1 milyon, L. Ortis isə 500 dollar qonorar alıb.


Şərhlər