Menu

"Beşiktaş”ın futbolçusuna ağır cəza verilib

06.03.2018, 21:19
"Beşiktaş”ın futbolçusuna ağır cəza verilib

“Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejma ağır cəzaya məruz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb onun ölkə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” ilə qarşılaşmadakı hərəkəti olub.

Belə ki, 2:2 hesabı ilə başa çatan görüşdə portuqaliyalı futbolçu rəqibin üzvü Jozef de Souzanı yumruqla vurduğu üçün Nizam-İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya edilib. Bu isə o deməkdi ki, ulduz futbolçu cavab qarşılaşmasını, eyni zamanda Superliqada “Gənclərbirliyi”, “Başakşəhər”, “Alanyaspor” və “Göztəpə” ilə görüşləri buraxacaq.

Qeyd edək ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasında “Şükrü Saraçoğlu”dakı oyun aprelin 17-də və ya 18-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol