Menu

Ukrayna Rusiyanın hərbi karvanını bombaladı - Video

11.07.2014, 09:11
Ukrayna Rusiyanın hərbi karvanını bombaladı - Video

Luqansk vilayətində Rusiyadan keçərək, sepratçıların köməyinə gəlmək istəyən ağır hərbi texnika karvanı Ukrayna aviasiyası tərəfindən bombardman edilib.

Hazırda vilayətdəki şəhərlərin hər birində böyük bir panika yaşanır. İnsanlar mümkün qədər gizlənməyə çalışır. Şəhərlərə elektrik enerjisinin və içməli suyun verilməsində böyük fasilələr yaranıb. Gün ərzində 6 qadının yaralandığı, onlardan birinin isə artıq dünyasını dəyişdiyi deyilir.

Xatırladaq ki, anti-terror əməliyyatları çərçivəsində ən böyük qarşıdurma Luqansk hava limanı yaxınlığında davam edir.

/avropa.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol