«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) rəsmi nümayəndəsi Qen Şuan çərşənbə günü ABŞ aviadaşıyıcısının Vyetnama tərixi səfərini şərh edərkən, bildirib ki, ölkəsi Amerika Birləşmiş Ştatları (ABŞ) və Vyetnam arasında əməkdaşlığın sülhə və sabitliyə xidmət edəcəyinə ümid bəsləyir.
Xəbər verildiyi kimi, ABŞ hərbi-hava qüvvələrinin «Karl Vinson» aviadaşıyıcısı bazar ertəsi Vyetnamın Dananq limanına gəlib. Bu, 1975-ci ildən sonrakı dövr ərzində ABŞ aviadışıyıcısının Vyetnama ilk səfəridir.
«Çin tərəfinin digər ölkələrlə normal ikitərəfli əməkdaşlığa qarşı heç bir etirazı yoxdur. Bununla yanaşı, biz ümid edirik ki, uyğun əməkdaşlıq sülhə, sabitliyə və bölgənin çiçəklənməsinə xidmət edəcək» deyə, brifinqdə Qen Şuan sözügedən səfəri şərh edib.
Bölgədə Çin və bir sıra ölkələr - Yaponiya, Vyetnam və Filippin arasında Cənubi Çin və Şərqi-Çin dənizlərində dəniz sərhədləri və məsuliyyət zonalarının müəyyən olunması üzrə fikir ayrılığı mövcuddur. Çin hesab edir ki, Filippin və Vyernam məqsədli şəkildə ABŞ-ın dəstəyindən istifadə edərək, bölgədə gərginliyi artırırlar.
Gözlənildiyi kimi, ABŞ aviadaşıyıcısı və onu müşayiət edən iki digər gəmi (kreysr və minadaşıyıcı) Vyetnamın mərkəzi limanında 5 gün qalacaqlar.


Şərhlər