Menu

«ABŞ RƏM sistemi Rusiyaya qarşı durmaq qabiliyyətində deyil!» - ABŞ etiraf edir...

08.03.2018, 16:21
«ABŞ RƏM sistemi Rusiyaya qarşı durmaq qabiliyyətində deyil!» - ABŞ etiraf edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə günü Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə nazirinin müavini Gon Rud bəyan edib ki, ABŞ-n raket əleyhinə müdafiə (RƏM) sistemi Rusiyanın və Çinin strateji qüvvələrinə qarşı dumaq qabiliyyətində deyil.

Silahlı qüvvələr üzrə komitənin senatorları Ruddan soruşublar ki, ABŞ RƏM sistemi Rusiya Prezidentinin barəsində danışdığı ən yeni silahlara qarşı durmaq gücündədirlərmi? Cavabında, Rut deyib ki, sistem bunun üçün nəzərdə tutulmayıb.

«İndiyə qədər ABŞ RƏM simtemi yaradılarkən və yerləşdirilərkən Rusiya və Çinin strateji nüvə arsenalını heçə endirmək imkanlarına hesablanmayıb» - deyə, Rud cavab verib.

Bnunla yanaşı, Rusiya bəyan edir ki, ABŞ RƏM sisteminin raket əleyhinə raketləri hücum məqsədilə yenidən təchiz edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol