Menu

Şimali Koreyadan Türkiyəyə gözlənilməz hücum

09.03.2018, 21:07
Şimali Koreyadan Türkiyəyə gözlənilməz hücum

Şimali Koreya Türkiyənin maliyyə qurumlarına kiber-hücum təşkil edib.Axar.az xəbər verir ki, bu barədə “McAfee” internet təhlükəsizliyi təşkilatının hesabatında deyilib.

Türkiyəyə kiber hücum 2-3 mart tarixlərində baş tutub. Şimali Koreyadan olan hakerlər Türkiyədəki maliyyə və hökumət qurumlarını viruslu bir kripto-valyuta saytına yönləndirərək həssas məlumatları ələ keçirməyə cəhd edib.

Qeyd edək ki, Şimali Koreyaya qarşı Qərbin sanksiyalarının sərtləşdiyi bir dövrdə ölkənin kiber hücumlara daha çox meyil etdiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol