Menu

Əsədin sarayı ələ keçirildi

11.07.2014, 13:45
Əsədin sarayı ələ keçirildi

Suriya liderini devirmək istəyən generallar hərəkətə keçiblər

Suriya ordusundakı bəzi generallar ölkə prezidenti Bəşər Əsəd rejimini devirmək üçün fəaliyyətə keçiblər. ANS PRESS-in məlumatına görə, Əsədi devirmək istəyən hərbçilər artıq hərbi çevriliş etməyə cəhd edirlər.

Liviya mətbuatının yaydığı məlumatda qeyd olunub ki, Əsədi yıxmağa çalışan generallar ordusu Suriya Müdafiə Nazirliyini ələ keçiriblər.

Hərbçilərin Əsədə məxsus “Xalq Sarayı”nı da tutduqları bildirilir.

Yayılan xəbərlərdə Əsədin Suriyanı tərk etdiyi də irəli sürülüb. Lakin hələlik bu iddialar öz təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol