Prezident İlham Əliyev “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu 6 avqust tarixli 429 nömrəli sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın xəbərinə görə, adıçəkilən sərəncamın 1-ci hissəsində “Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini” sözləri “Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin müavini” sözləri ilə, “İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri “Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru” sözləri ilə əvəz edilib.


Şərhlər