Menu

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

16.03.2018, 22:29
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.APA-nın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol