Bəs, demişdin ki, kəndimizə qayıdarıq, yenə həmin stadionumuzda futbol oynayarıq...
Mart ayı düşərsiz oldu mənim üçün - dədəm də, nənəm də mart ayında dünyasını dəyişdi, özüm də bu ayda ölümdən döndüm...
Elə bu saat bir bəd xəbər də gəldi - əmoğlu Hicran zəng vurmuşdu... Dedi ki, uşaqlıq yoldaşım - on il bir sinifdə oxuduğum Akif qaqam... dilim dönmür deyəm ki, rəhmətə gedib! Elə bil, dünya başıma fırlandı - axı onun ölən vaxtı deyildi...
Niyə bir daha Novruz bayramımı «qara bayram» elədin, Akif qaqam?! Bəs, futbol necə olacaq, ay qaqa?...
İki il birlikdə Novruzlu məktəbinə təpik döydük - qışda, çovğunda, yağışda-qarda, qorabişirən ayda...
Atasının bir «Muravey» motorolleri var idi - hər gün səhər saat 7-də durub,onunla məktəbə gedərdik - oğlanlı-qızlı bir «sürü» uşaq. Üç yoldaş (Bağman, Akif və mən Şirinlərdən) yola düşədik, qalanları (Bağbanlar uşaqları) yolda bizə qoşulardı...
Niyaz müəllim zarafatla ona «Aka» deyərdi - Akanın da ki, gözəl yoldaşlığı var idi. Bir fışdırığa yanımızda olardı - topalaşıb, futbol onyamağa gedərdik... Heyif səndən, Aka qaqam!!!
Elə bildin ki, məni aldada biləcəksən?! Yox aaa... gəlib səni tapacam orda - hazırlaş, futbol formanı yanında saxla - futbolumuzu mütləq oynayacağıq, Akam mənim - qaqam mənim...
Heyif, görüşə bilmədik! Odur ki, bir görüş mən sənə borclu...
Rahat yat, qardaş! Bizdən nigaran qalma - üzümüz çox bərkdir...
Göz yaşları ilə - Mirzə AĞ

Şərhlər
ALLAH rəhmət eləsin. ALLAHdanda Sizlərə səbr diləyirəm.
Yaşa, Ay Mirzə. Çox kövrək yazıdı. Bu yazınla məni də keçmişə qaytardın.