Menu

Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

25.03.2018, 19:52
Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

Lənkəranda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Girdəni kəndindən keçən hissəsində baş verib.

"90-GX-902" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomaşınla "QAZ-3110" markalı "10-UE-210" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində, ilkin məlumata görə, ikinci avtomobilin sürücüsü və qadın sərnişin xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol