Menu

Neftçalada qardaş qardaşı spirtli içki üstündə döyüb

26.03.2018, 22:04
Neftçalada qardaş qardaşı spirtli içki üstündə döyüb

Neftçalada döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elçin Əli oğlu Əsgərovla qardaşı arasında spirtli içki üstündə mübahisə yaranıb. Nəticədə E. Əsgərov qardaşı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol