Menu

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

27.03.2018, 18:32
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol