İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB! - Dəyişdiriləcəkləri anons olunur?!

Komanda

Azərbaycanda aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsinə artıq günlər qalıb. Hazırda prezidentliyə namizədlər, cəmiyyətdə hiss olunmasa da, təbliğat kampaniyası mərhələsindədirlər. İctimai Televiziyada prezidentliyə namizədlərin teledebatları olmasa (baxmayaraq ki, bəziləri əvvəlki kimi boş monoloqları, bəziləri ikrah doğuran tərbiyəsiz, səviyyəsiz açıqlamaları ilə yadda qalır), yəqin ki, 2 həftədən sonra ölkədə prezident seçkilərinin keçiriləcəyini heç kim hiss etməz. Bunun əsas səbəblərindən biri də təbii ki, prezident seçkilərinin nəticələrinin hamı üçün aydın olması, hazırki Prezident İlham Əliyevin daha 7 il üçün mandat alacağına heç kimin şübhəsinin olmamasıdır.

Buna görə də, indi hər kəs aprelin 11-də kimin prezident seçiləcəyini deyil, seçkidən sonra Prezident Əliyevin hakim komandada hansı dəyişiklikləri həyata keçirəcəyini gözləyir. Bu haqda saytımızda geniş yazı dərc olunduğundan (bax:

Məhz hökumət daxilində yayılan məlumatlara və müşahidələrimizə əsaslanaraq, bəzi digər iqtidar mənsubları ilə yanaşı, səhiyyə naziri Oqtay Şirəliyev və kənd təsərrüfatı naziri Heydər Əsədovun seçkidən sonra hakim komandanı tərk etmə ehtimalının yüksək olduğunu bildirmişdik.

Mövzuya təkrar qayıtmağımızınn səbəbi də, məhz adlarını qeyd etdiyimiz bu nazirlərin seçkidən sonra hakim komandadan kənarda saxlanılmasına hazırlığın getdiyini göstərən yeni hadisələrin baş verməsidir.

Bu haqda danışmazdan öncə qeyd edək ki, 2005-ci ildən səhiyyə naziri vəzifəsini tutan 68 yaşlı Oqtay Şirəliyev mövcud hakimiyyətin ən uğursuz kadrlarından biri hesab olunur. Onun dövründə səhiyyə sahəsində problemlər, baş verən xoşagəlməz hallar daha da artıb, əhalinin səhiyyəyə olan inamı tamamilə sarsılıb. Bununla yanaşı nazirin özünün də səhhətində ciddi problemlərin olduğuna, səhiyyə kimi böyük bir sahəni idarə edəcək durumda olmadığına dair iddialar var. Bu üzdən də onun seçkidən sonra təşkil olunacaq yeni hökumətdə təmsil olunmasına ehtimal verilmir. Hətta hökumət dəhlizlərində artıq yeni səhiyyə naziri ilə bağlı adlar da hallanmağa başlayıb.

Elə dünən Bakının Nizami rayonu ərazisində tikilən Bona Dea Beynəlxalq Hospitalının açılışı mərasimində səhiyyə nazirinin iştirak etməməsi də onunla bağlı qərarın artıq verildiyini göstərir. Məlum olduğu kimi, Hospitalın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Yeni səhiyyə ocağı ilə bağlı dövlət başçısına və birinci xanıma məlumatları isə Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov veriblər. Səhiyyə naziri tədbirə ümumiyətlə qatılmayıb.

Dövlət başçısının iştirak etdiyi açılışların proqramlarının əvvəlcədən tutulduğunu və bu qərarın adətən müvafiq nazirliyin rəhbərliyilə birgə verildiyini nəzərə alsaq, səhiyyə nazirinin açılışa qatılmamasını hansısa təsadüfi hadisə ilə bağlamaq doğru olmaz. Yəni, səhiyyə nazirinin açılışa qatılması istənilsəydi, bu təmin edilərdi. Deməli, sadəcə, açılışa Oqtay Şirəliyevin qatılması istənilməyib və ya buna ehtiyac duyulmayıb…

Əvvəlki illərin, daha doğrusu “məxməri yolla” işdən çıxarılan nazirlərin (Heydər Babayev, Ziya Məmədov, Səfər Əbiyev və digərləri) təcrübəsini nəzərə alsaq, bununla Oqtay Şirəliyevə "çemodanlarını toplamaq" mesajının verildiyini söyləyə bilərik. Belə ki, Prezident işdən çıxartmağı planlaşdırdığı nazirləri adətən özündən təcrid edir. Onları nə açılışlarda, nə də dövlət tədbirlərində yaxına buraxmamaqla, işindən razı olmadığını, vəzifəsindən çıxarmağı düşündüyünü açıq şəkildə biruzə verir. Görünən odur ki, Oqtay Şirəliyevlə bağlı da eyni qərar verilib…

 

Ancaq yalnız onunla bağlı deyil. Kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı da eyni qərarın verildiyini ehtimal edirik. Heydər Əsədov nazir vəzifəsində yeni olsa da, rəhbərlik etdiyi sahənin problemlərindən böyük ölçüdə məlumatsız olması, hakimiyyətin aqrar sektoru inkişaf etdirmək planlarını qarşılaya bilməməsi, fermerlərin Kənd Təsərrüfatı Nazirliyindən ciddi narazılığı, eyni zamanda Ziya Məmmədovla qudalığı faktoru onun da dəyişdirilməsini bir növ zərurətə çevirib. Hökumətə yaxın mənbələrdən daxil olan məlumatlar, həmçinin bəzi müşahidələr bu zərurətin nəzərə alınacağını söyləməyə əsas verir.

Elə martın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Bərdədə Mədəniyyət Mərkəzində keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Heydər Əsədovun “kölgədə” qalması da bundan xəbər verir. Belə ki, pambıqçılığın inkişafı istiqamətlərinin, problemlərinin müzakirə olunduğu müşavirədə müvafiq rayonların icra başçıları, “Azərpambıq” MMC-nin baş direktor müavini, hətta Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etsələr də, Heydər Əsədova - kənd təsərrüfatı nazirinə çıxış üçün söz verilməyib.

Başqa sözlə, Prezident onun pambıqçılığın inkişafı ilə bağlı fikirlərinə ehtiyac duymayıb. Bu da Prezidentin ya Heydər Əsədovun fəaliyyətindən narazı qaldığını, ya da onun pambıqçılığın inkişafına dair hər hansı bir fikrə sahib olduğuna inanmadığını göstərir. Bu isə Heydər Əsədovun da etimadı itirdiyindən, hakim komandada qalma ehtimalının azaldığından xəbər verir. Seçkidən sonra onun da qudası Ziya Məmmədov kimi istirahətə göndərilmə ehtimalı böyükdür.

Gözləyək, elə də böyük zaman qalmayıb!

Elman İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaşa 2018-03-28 17:18:02

Prezident özü niyə cıxıb öz idarə etdiyi camahatdan (hazırlanmış yaltaqlardan yox) soruşmur niyə muxbirləri yığıb soruşmur özü də bütün muxbirləri seçilmişləri yox.Həqiqət onda bilinər və həll olunar

Vətəndaş 2018-03-28 17:18:02

.Axı bir çox nazirlərin təhsili.iş təcrübəsi,sahə üzrə iş stajı təyin edildiyi vəzifəyə və sahəyə uyğun deyil.Bunu sadə vətəndaş bilir. Bəs o boyda parat niyə susub,prezidenti məlumatlandırmayıblar? Gec anlaşılıb.+

Adlh 2018-03-28 17:18:02

Kerbelayinin sozu yadhma dusdu.

Seymur-a 2018-03-28 17:18:02

Məlumdur ki prezident bu ölkəni idarə edir və onun böyük aparatı var.Bu aparat ölkədə olan çatışmamazlıqları vaxtında görməli və zamanında prezidentə ölçü götürülməsi barədə məruzə etməli və bunun nəticəsi görünməlidir.Əfsus ki, prezident administrasiyasının bəzi işçiləri də korrupsiya.monopoliya və büdcə əməllərinə qarışdıqlarından belə məruzələr olunmur və ya üstü örtülür.Əgər bu orqan təmənnasız.dürüst işləsə.ölkədə nazirlər belə mənimsəmələr,özəlləşdirmələr etməz, işlərində məsuliyyət hiss edərlər..

HECER 2018-03-28 17:18:02

*ATLAS MED CENTER DUZQUN ANALIZ ELEMIR CAMAATI ALDADIRLAR BALA HEYDER VE OQLU ...

aynur 2018-03-28 17:18:02

atlas med center bazardi

seymur 2018-03-28 17:18:02

Prezident Xalqin secdiyi qarantidi onun apardiqi siyasati nufuzdan salan mamur vasifasindan asli olmayaraq oz layiqli cazasini alacaq. Ot koku usta bitar

məmməd 2018-03-28 17:18:02

Səhiyyə Naziri Oqtay Şirəliyevin dövründə Xəstəxanalarda ÖZBAŞNALIQLAR HÖKM SÜRÜR,xüsusilə Şəki MRX-da. Şəki MRX-da 1 milyon tibbi avadanlıqların çatışmamazlıqları var. Heç bir təhsilə və savada malik olmayan Baş mühasib vəzifəsini daşıyan Validə , qohumunun cinayətlərini ört-basdır etməkdə fəal iştirak edir. Baş həkim Azad Novruzovun idarəçilikdən anlayışı olmaması səbəbli qanunsuzluöa göz yumur.Deyilənə görə tibbi avadanlıqlar Özəl Klinikalara satılıb ?

NURəddin 2018-03-28 17:18:02

NAZIRLƏRİ UZAQLAŞDIRMAQ ÇOX AZDIR. ONLARIN BÜTÜN ƏMLAKINI MÜSADİRƏ ETMƏK VƏ HƏBS EDİB CƏMİYYƏTLƏ BÜTÜN ƏLAQƏLƏRİNİ KƏSMƏK LAZIMDIR.MƏNCƏ BU ƏN DÜRÜST VƏ DOĞRU ADDIM OLARDI. NƏ İNKİ ONLARA UĞUR ARZULAYIB XARİCƏ KEFƏ YOLLAMAQ.

Vətəndaş 2018-03-28 17:18:02

Uğrsuz namizəd olduğu elə təyin olunduğu ilk günlərdən bəlli olan,2005-ci ildən səhiyyə nazirinin 13 il postda saxlanmasını necə və nə ilə izah etmək olar? Bunun üçn prezident seçkisinə nə ehtiyac var? Məgər bu məsələni zamanında həll etmək mümkün deyildi? Onun kimi də kənd təsərrüfatından xəbəri olmayan adamın bu sahəyə nazir təyin edilməsini necə düzgün kadr siyasəti yürüdüldüyünü demək olar? Nə qədər cəmiyyəti ələ salmaq olar? Əslində nazir postunda bir şəxsin 5 ildən artıq saxlanılması yanlışdır.

miri 2018-03-28 17:18:02

Kim uzaqlqsdirilacaqsa, təzə gələnlər uzaqlasanlarin dünyadan köçənlərin rəhmət dedizdirəcək.

t.ədalət 2018-03-28 17:18:02

Gərəksiz qurumlardan biri də iqtisadiyyat nazirliyidir.Onsuz da iqtisadi sahədə heç nəyə lazım bir quruma çevrilib.Onu NK-də bir idarə ilə əvəzlənməsi doğru olardı.

Cəmşid İrzaquliyev 2018-03-28 17:18:02

Bu üz qaraları ilə Prezident viudalaşmalıdır. Xüsusən də adları çəkilən Şirəliyev və Heydər Əsədovla. Mən Heydər haqqında dəfələrlə mətbuatda bu adamın Kənd Təsərrüfatına yad biri olduğunu qeyd etmişəm. Bunlarla ölkə başçısı qarşıya qoymuş olduğu hədəfə ulaşması mümkünsüz. İnşallah seçgidən sonra bu gerçəkliklərin şahidi olarıq.

X 2018-03-28 17:18:02

SUKUR EDEK Kİ HER NAZİRLİKDEN UCU DORDU YOXDU NE SAVAD NE TECURBE TEKİ NAZİRLERİN SAYİ COX OLSUN

Memmed 2018-03-28 17:18:02

Hakimiyyet qurban teleb edir,guya o biri qurumlar düz işleyir?

Son yazılar