Menu

"İŞİD və PKK bir sıra qüvvələrin "məhsul"udur" - Binəli Yıldırım

29.03.2018, 18:10
"İŞİD və PKK bir sıra qüvvələrin "məhsul"udur" - Binəli Yıldırım

İŞİD, PKK, PYD və YPG terror təşkilatları bir sıra qüvvələrin "məhsul"u və layihəsidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfəri ərəfəsində bəyan edib.

Baş nazir qeyd edib ki, guya "ideoloji fikir ayrılığı"na malik bu terror təşkilatlarının zərurət yaranacağı təqdirdə birləşəcəyi, birgə fəaliyyət göstərəcəyi ilə bağlı yüzlərlə sübut var.

B.Yıldırım əlavə edib ki, bu terrorçu qruplaşmalar nə İslamı, nə də etnik kürdləri təmsil edirlər:

"Türkiyə əvvəlki kimi bu terror təşkilatları ilə fəal mübarizə aparacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol