Menu

Prezidentin oğlu deputat oldu

30.03.2018, 11:04
Prezidentin oğlu deputat oldu

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib.

Trend-in məlumatına görə, prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb.

Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib.

Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub.

Prezidentin oğlu seçicilərin 91,42 (25 700 nəfər) faizinin səsini qazanıb. Oqulceren Qurdova isə 2412 nəfər (8,58 %) səs verib.

Şərhlər

Azərbaycan vətəndaşı 2018-03-30 11:04:53

Belə nətticələr yalnız müsəlman dövlətlərində ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol