Menu

Hindistanın xarici işlər naziri Bakıya gəlir

30.03.2018, 21:20
Hindistanın xarici işlər naziri Bakıya gəlir

Hindistanın xarici işlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.APA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol