Menu

«ABŞ Ərafatın şərqində bazalar yaradır - rayonu Suriyadan təcrid edir» - Lavrov

03.04.2018, 13:13
«ABŞ Ərafatın şərqində bazalar yaradır - rayonu Suriyadan təcrid edir» - Lavrov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işləçr naziri Sergey Lavrov bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Ərafat çayının şərq sahilində hərbi obyektlər tikmək və yerli idarəetmə orqanları yaratmaqla, bu rayonu Suriyadan təcrid etməyə çalışır.

«ABŞ-ın Suriyada yeganə məqsədinin terrorçuluqla mübarizə olduğunu bəyan etməsinə rəğmən, son aylar biz Birləşmiş Ştatların Suriyada - Ərafat çayının şərq sahilində, Suriyanın İraqla sərhədinə qədərki geniş bir ərazidə necə cidiyyətlə möhkəmləndiyini müşahidə edirik - bu, bizi xüsusilə narahat edir. Həm də təkcə özlərinin hərbi obyektlərinə əsaslanmır, həm də ərazidə onlara hesabat verən hakimiyyət orqanları yaradır və onları maliyyələşdirməyə hazırlaşır. Bütün bunlar isə bu rayonların Suriyanın qalan hissəsindən təcrid olunması kontekstində həyata keçirilir» - deyə, Lavrov Banqladeşli həmkarı Hassan Mahmud Əli ilə keçirdiyi görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

«Bizi inandırmağa çalışırdılar ki, belə planları yoxdur və ABŞ Suriyanı parçalamağa can atmır. İnadırmağa çalışırdılar, amma inandıra bilmirdilər - taftalogiyaya görə, bağışlayın» - deyə, Lavrov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol