Menu

Azərbaycanlılar Kəlbəcərdə dana kababı bişirdilər - Video

15.07.2014, 08:34
Azərbaycanlılar Kəlbəcərdə dana kababı bişirdilər - Video

Erməni mətbuatı bir neçə gün əvvəl girov götürdüyünü iddia edən azərbaycanlı əsirlərin özləri tərəfindən telefona çəkilmiş videogörüntüləri internetdə yerləşdirib.

Videogörüntülərdə azərbaycanca danışan şəxslər Qarabağda, Kəlbəcərdə, Qırxsuda olduqlarını deyir, ermənilərdən oğurladıqları dananı kəsib kabab çəkdiklərini söyləyirlər.

Qeyd edək ki, erməni tərəfi bu gün daha bir azərbaycanlı diversantın ələ keçirildiyini yazıb.

Xatırladaq ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycanın Müdafiə Nazirliyi həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olmadığını bəyan edib. Azərbaycan tərəfi bundan əvvəl ermənilərin əsir götürdükləri Quliyev Şahbazla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib./oxu.az/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol