Menu

Müsavat AXCP-ni tədbirə çağırmayıb?

15.07.2014, 19:26
Müsavat AXCP-ni tədbirə çağırmayıb?

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

AXC hakimiyyətindən bəhs edən video-rolikin nümayişindən sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli AXC-nin Azərbaycanın müstəqillik tarixindəki müstəsna xidmətlərini vurğulayaraq, hərəkat üzvlərinin millətin azadlığı uğrunda fədakarlıqlarından söz açıblar.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli tədbirə dəvət olunsa da, gəlməyib. Ümumiyyətlə, AXCP-dən heç kim tədbirə qatılmayıb.

Xatırladaq ki, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol