Menu

Sumqayıtda orta yaşlı qadın özünü damdan yerə atıb

13.04.2018, 22:51
Sumqayıtda orta yaşlı qadın özünü damdan yerə atıb

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü şəhər sakini Rüstəmova Günay Əlmərdan qızı Stansiya Sumqayıt yaşayış massivində özünü yaşadığı evin damından ataraq intihara cəhd edib.

Sumqayıt şəhər TTYX-ya çatdırılan qadının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol