Menu

Pentaqon Trampın bombardman əmrinə aydınlıq gətirib

14.04.2018, 19:12
Pentaqon Trampın bombardman əmrinə aydınlıq gətirib

Konqresdə bu məsələyə narazılıqların olmasına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Suriyanı bombardman etmək barədə əmri vermək üçün bütün səlahiyyətləri vardı.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyində keçirilən brifinqdə bildirilib.

Brifinqdə həmçinin qeyd edilib ki, zərbələrə baxmayaraq, ABŞ Suriya ilə bağlı məqsədlərini dəyişməyib. Birləşmiş Ştatlar əvvəlki kimi terrorçuluqla mübarizə aparmaq niyyətindədir.

Pentaqonda həmçinin vurğulayıblar ki, zərbələr ABŞ-ın Suriyadakı rejimi dəyişməyə çalışması anlamına gəlmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol