Menu

“Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm” - Siyavuş Novruzov

15.04.2018, 13:01
“Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm” - Siyavuş Novruzov

"Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov bildirib.

MSK sədrinin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına toxunan S. Novruzov deyib ki, Azərbaycanda müstəqillik illərində peşəkar seçki komissiyası formalaşıb: "Namizədlər də deyirlər ki, onlar hər hansı problemlə üzləşməyiblər. Beş gün əvvəl Azərbaycana gələnlər reallığı necə bilə bilərlər? Mən prezidentin səlahiyyətli nümayəndəsi kimi seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə gözləmişəm. Bu, seçkinin hansı səviyyədə keçdiyini göstərir".

Şərhlər

Mahir Əliyev 2018-04-15 13:01:49

Ə bu deyirdi ki.................Niyə sözün tutmadı.

Akif 2018-04-15 13:01:49

Siyavuş Novruzov,ola bilərdi ki,səs vermək üçün hətta 30 dəqiqə növbədə olardınız.Çünki,özünüz daim seçkilərdə karusel əməliyyatları təşkil edirsiz,təhsil və səhiyyə işçilərini kollektiv şəkildə nəqliyyat vasitələri ilə seçki məntəqələrinə ard-arda çatdırırsınız.Seçki prosesində yaratdığınız bu qanunsuzluqlar nəticəsində təhsil və tibb işçiləri cinayət törətmiş olurlar.Odur ki,səs vermək üçün guya 20 dəqiqə gözləməli oldunuz barədə dediyiniz nağıla naşı vətəndaşlar inanar

G.M 2018-04-15 13:01:49

Olsun ki,Sənin növbə tutduğun məntəqədə ... səs verənlər olublar.onun YAP-da tərəfdarları zahidin,arazın,razinin qohumlarından çoxdur.

Azer 2018-04-15 13:01:49

Sirquş müəllimə qarşı bu haqsızlığa görə ATƏT-İ GÜLL
ƏLƏMƏK lazımdır.Bu YAP-çılara(gopçulara) bir sualım var.Necə olur ki,rusiya bizim Qarabağımızı qaytarmır,amma bu saxta seçikilərə görə qərbi asıb-kəsir(M.Zaxarovanın bəyənatını xatırla)? Bu sula onlar düzgün cavab tapsalar,mən də YAP-çı olacam.

dadili 2018-04-15 13:01:49

nedense bunun seklini gorende menim aglamagim gelir

SUAL 2018-04-15 13:01:49

MUXTAR ADİNDA BİR KİŞİ GUNLƏRİN BİRİNDƏ GƏLİR BAKİYA. POYEZDƏN DUSƏN KİMİ VAŞZALDA TUALETƏ EHTİYACİ OLUR ONA YOL GOSDERİB GƏTİRİRLƏR BAXİR GORUR PAH O NƏ QƏDƏR ADAM VAR Ə BURDA. GOZLƏYİR AXRİ Kİ NOVBƏ CATİR RAHATLAŞİB CİXANDA QAPİNİN AĞZİNDA OTURAN ARVAD DEYİR Kİ BƏS TUALETİN HAQQİ UCUN 20 QƏPİK VERMƏLİSƏN. NƏ İSƏ PULU VERİB KUCƏYƏ CİXAN MUXTAR KİŞİ UZUNU TUTUB DAĞLARA TƏRƏF DEYİR- EY DAƏLAR BU HESABNAN GORUN SİZƏ NƏ QƏDƏR BORCUM VAR?...

sim sim 2018-04-15 13:01:49

TROLL

BAKILI 2018-04-15 13:01:49

Ianiw olun azeri turklerinin duwmani

BAKILI 2018-04-15 13:01:49

Ala sen dener budkasiynan secki menteqesini sevh salmisan

Akif 2018-04-15 13:01:49

Siyavuş Novruzov, sizin hakimiyyətin təşkil etdiyi qrup şəklində karusel qaydasıyla seçki təşkil edəndə əlbəttə ki, səs vermək üçün növbə gözləməli olacaqsız.Guya seçici fəallığı barədə rəy yaratmaq niyyətiniz uşaq nağılıdır və antixalq hakimiyyətiniz əmin olsun ki, artıq tarixin qara səhifəsinə düşmüsünüz və bitərəf vətəndaş kimi bəyan edirəm ki, sizləri acı aqibət gözləyir!!!

pensioner 2018-04-15 13:01:49

Mən isə hər cür hava şəraitində ayda bir dəfə 1 saat növbə gözləyirəm (bankomatın qarşısında).

Bashirov Qarib 2018-04-15 13:01:49

Parni iz Baku yadıma duşdu. Aparıcı ermənilərdən soruşur ki,nə ilə subut edersiniz ki, bu torpaqlar sizindir? Ermənilər də deyir ki,anam canı bu torpaqlar ermənistanın əzəli torpaqlarıdır.Aparıcı da qayıdib azərbaycanlılara deyir ki,bax , görursunuz, daha bundan da artıq subut istəyirsiniz,torpaqlar ermənilərindi də.

hespe 2018-04-15 13:01:49

Seni yene xoda saldilar?Get otur yerinde,bu ishler sen giren kol deyil.Sene,axi Haaga iynesi hagda danishmishdim.Gulaginin dibi de saralib,Mestanin gunune salarlar seni,yazigsan.

X 2018-04-15 13:01:49

INANAN DASA DONSUN KIM SENIN QABAGINI KESE BILER ELE YALAN DANIS HEC OLMASA OZUN INAN

osvaldo 2018-04-15 13:01:49

Eyib olsun ordakı müəllimlərə ki böyük-kiçik yeri bilməyiblər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol