Menu

Qəzzada ölən fələstinlilərin sayı 200-ə çatıb

16.07.2014, 09:09
Qəzzada ölən fələstinlilərin sayı 200-ə çatıb

İsrail aviasiyasının Qəzza zolağına endirdiyi yeni hava zərbəsi nəticəsində daha 3 fələstinli ölüb.

APA-nın məlumatına görə, bu barədə France-Presse agentliyinə yerli qəza-xilasedici xidmətinin mətbuat katibi Əşrəf əl-Kudr deyib.

Beləliklə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Məlum olduğu kimi, iyulun 8-də İsrailin Müdafiə Ordusu Qəzza bölgəsində “Həmas”-a qarşı "Sarsılmaz qaya" əməliyyatının başlanmasını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol