«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla vedriyi xəbərə görə, bu ölkənin Prezidenti Vladimir Putin növbəti sammit münasibəti ilə Ərəb Dövlətləri Liqası (ƏDL) ölkələrini salamlayaraq, qeyd edib ki, Rusiya bölgədə təhlükəsizliyin təmin olunması üçün Yaxın Şərq dövlətləri ilə qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə hazırdır.
Bu barədə xəbəri Kremlin mətbuat xidməti yaıyb.
«Bölgəsəl təhlükəsizliyin təmin olunması istiqamətində Rusiya, ƏDL ilə qarşılıqlı fəaliyyəti hərtərəfli inkişaf etdirməyə hazırdır. Düşünürəm ki, Suriya və İraqda «İŞİD» qruplaşmasının əsas qüvvələrinin darmadağın edilməsi şəraitində biz, birlikdə bu ölkələrdə siyasi tənzimləmə prosesinin fəallaşmasına, postmünaqişə bərpa işlərinə və vacib humanitar məsələlərin həllinə kömək edə bilərik» - deyə, mətndə bildirilir.
Putin həm də qeyd edib ki, bölgədə vəziyyətin normallaşması Ərəb-İsrail münanişəsi həll edilmədən, mümkün deyil.
Fevral ayında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan etmişdi ki, Moskva İsrail və Fələstin arasında danışıqların vasitəçisi rolunda çıxış etməyə hazırdır.


Şərhlər