Menu

"BMT, nə işə yarayırsan?" - Ərdoğan

16.07.2014, 10:33
"BMT, nə işə yarayırsan?" - Ərdoğan

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya davamlı hücumları ilə bağlı sərt açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, baş nazir BMT-yə 7-ci ənənəvi səfirlər iftarında əhəmiyyətli mesajlar göndərib.

Ərdoğan "Qəzzaya davamlı hücumları ilə bağlı İsrail dayanmalıdır. Bunun üçün onlara çağırış edirəm. İsrail Türkiyə ilə əlaqələrini normallaşdırmaq istəyirsə, 3 şərtin 3-nü də yerinə yetirməlidir" deyib.

Birləşmiş Millətlərə səslənən Ərdoğan "Birləşmiş Millətlər Təşkilatı, nə işə yarayırsan? Bu işin bir nömrəli günahkarı sənsən" sözlərini əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol