Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb.
“Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun VK-yə şikayəti əsasında baş tutub.
R.Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.



Şərhlər